İsrail "Hizbullah"ın mövqelərinə hava zərbələri endirdi

İsrail "Hizbullah"ın mövqelərinə hava zərbələri endirdi
10:43 20 Mart 2017
90 Dünya
Ölkə mətbuatı
A- A+

Suriya-Livan sərhədində İsrailin hərbi təyyarələri "Hizbullah" hərəkatının mövqelərinə hava zərbələri endirib.

Publika.az APA-ya istinadən xəbər verir ki, hədəfdə "Hizbullah-ın silah daşıyan konvoyları olub.

Martın 17-də İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Suriyadakı hədəflərə aviazərbələr endirərkən zenit raketlərindən atəşə tutulub. Bundan sonra İsrailin müdafiə naziri Aviqdor Liberman Suriyanın havadan müdafiə sistemini məhv ediləcəyi ilə hədələyib.

Qeyd edək ki, 2013-cü ildə "Hizbullah" Bəşər Əsədə dəstək göstərəcəyini vəd edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191999.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR