Boyunda çıxan sızanaqlardan necə xilas olmalı?

Boyunda çıxan sızanaqlardan necə xilas olmalı?
11:08 20 Mart 2017
Ölkə mətbuatı
A- A+

Əksər insanların təkcə üzündə yox, kürək və boynunda da sızanaqlar çıxır. Buna dərinin həddən artıq yağlı olması, həmin bölgələrin yaxşı təmizlənməməsi və nəmləndirilməməsi səbəb olur.

Boyundakı sızanaqlar allergiya üzündən də yarana bilər. Belə ki, paltaryumada istifadə etdiyiniz yuyucu toz da allergiya verə bilər. Ətir və kremlər də bu səbəblərdən biridir.

Publika.az boyundakı sızanaqlardan xilas olmağın asan üsullarını təqdim edir:

Sızanaqlara qarşı aspirin maskası:

Tərkibi:

4 ədəd aspirin

Yarım çay qaşığı jojoba yağı

1 çay qaşığı su

Hazırlanması:

Aspirinləri əzib toz halına salın. Üzərinə digər məhsulları əlavə edib qarışdırın. Maskanı təmiz dəriyə çəkib

15 dəqiqə gözləyin. Daha sonra ilıq su ilə təmizləyin.

Maskanı 5 gündən bir çəkməlisiniz.

Sızanaqlara qarşı süd maskası

Tərkibi:

1 çay qaşığı soda

Yarım limonun şirəsi

Bir neçə damcı süd

Hazırlanması:

Sodanı süd və limon şirəsi ilə qarışdırın. Maskanı təmiz dəriyə çəkib dairəvi hərəkətlərlə masaj edin. On beş dəqiqə gözlədikdən sonra ilıq su ilə təmizləyin.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gozellik/120816.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR