Dağıstanın Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsində Azərbaycandan Rusiyaya aparılan 13 ton 941 kq təzə tomat saxlanılıb.
Publika.az APA-ya istinadən xəbər verir ki, Rusiyanın
fitosanitar müfəttişləri Azərbaycandan gətirilən tomatın
sertifikatında şübhə doğuran düzəliş aşkar ediblər və buna görə də
malın saxlanılması barədə qərar verilib.
Tomat yükünün sahibi karantin altında məhsulun gətirilməsi və
daşınması qaydalarının pozuntusuna görə inzibati məsuliyyətə cəlb
edilib. 13 ton 941 kq tomatın Rusiya ərazisinə keçirilməsinə qadağa
qoyulub.