Zidanın oğlu antiqəhrəman oldu

Zidanın oğlu antiqəhrəman oldu
14:05 20 Mart 2017
162 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Zinəddin Zidanın böyük oğlu Enzo Fernandes antiqəhrəmana çevrilib.

Milli.Az report.az-a istinadən bildirir ki, "kral klubu"nun əvəzedici komandasında çıxış edən 21 yaşlı yarımmüdafiəçi Sequnda B-də XXX turun "Atletiko" ilə oyununda penaltidən yararlana bilməyib. Fernandes 14-cü dəqiqədə şansını qaçırıb. Görüşün sonlarında isə o, ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. Görüş "Atletiko"nun qələbəsi ilə yekunlaşıb - 2:1.

Qeyd edək ki, Enzo Fernandes "Real Madrid"in əsas komandasında cəmi 1 dəfə forma geyinib. O, İspaniya Kubokunun 1/16 finalında "Kultural Leones"i 6:1 hesabı ilə yendikləri matçda meydana daxil olub və 1 qol vurub.  

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/527825.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR