Rauf Əliyev niyə yığmadan kənarda qalıb? - SƏBƏB

Rauf Əliyev niyə yığmadan kənarda qalıb?  - SƏBƏB
14:17 20 Mart 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

“Rauf Əliyev yaxşı hücumçudu. Qətərlə oyunda da xoş təsir bağışlamışdı. Onun yığmaya dəvət almamasının səbəbi yaxşı formada olmaması deyil”. Bu sözləri Fanat.Az-a açıqlamasında millinin məşqçisi Mahmud Qurbanov deyib.


Robert Prosineçkinin köməkçisi martın 26-da baş tutacaq Azərbaycan – Almaniya matçı üçün açıqlanan 26 nəfərlik siyahıda Əliyevin adının gözə dəyməməsinə belə aydınlıq gətirib: “Yığmaya 3 nominal hücumçu dəvət edilib. Nəzərə alsaq ki, Ağabala Ramazanovla Ruslan Qurbanov da forvard mövqeyində oynamağı bacarır, deməli, bir mövqe üçün 5, Namiq Ələsgərovu da saysaq, 6 oyunçu var. Adətən bir mövqeyə 2 futbolçu nəzərdə tutulduğunu bilirsiz. Raufun kənarda qalması qarşıdakı matçlara dəvət almayacağı anlamına gəlməməlidi. Bu, baş məşqçinin seçimidi”.


Fanat.Az

 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-rauf-liyev-niy-ymadan-knarda-qalb-t57045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR