"Niva"nın yaradıcısı öldü

"Niva"nın yaradıcısı öldü
14:43 20 Mart 2017
238 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın məşhur "Niva" markalı avtomobilinin yaradıcısı Petr Prusov ölüb.

Publika.az APA-ya istinadən xəbər verir ki, P. Prusov 76 yaşında vəfat edib.

P. Prusov 1972-ci ildə "Niva" layihəsinin rəhbəri təyin edilib. "Niva"-nın ilk kütləvi istehsalına 5 aprel 1977-ci ildə başlanılıb. "Niva" dünyanın 110 ölkəsində satılıb, bir zaman avtomobilin 70 faizi ixrac edilib.

P. Prusov 1998-ci ildən 2003-cü ilə, yəni pensiyaya çıxana qədər "AvtoVAZa" avtokonserninin baş mühəndisi olub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/192022.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR