"Beşiktaş"dan Abubakara ciddi cəza

"Beşiktaş"dan Abubakara ciddi cəza
14:57 20 Mart 2017
121 İdman
Ölkə mətbuatı
A- A+

"Beşiktaş"ın hücumçusu Vinsent Abubakar "Olympiacos"dan sonra "Antalyaspor"la oyunda da qırmızı vərəqə almaqla klub rəhbərliyini özündən çıxarıb. Çempionlar Liqasının qrup mərhələsində "Dinamo Kiyev"ə qarşı görüşdə meydandan qovulduğuna görə bağışlanan kamerunlu forvard bu dəfə cəzadan qaça bilməyəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Abubakara 500-750 min avro cərimə kəsilə bilər. Onun aldığı qırmızı vərəqələrdən sonra mövsümün sonunda "Beşiktaş"dan getmə ehtimalı artıb. Hücumçunun müqavilə ilə məxsus olduğu "Porto" onun transfer hüquqlarını "qara qartallar"a satmaq üçün 10 milyon avro tələb edir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/527834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR