ABŞ-ın Baker Hughes şirkətinin ABŞ-da neft buruqlarının sayının artmasını açıqlamasından sonra dünyada neftin qiyməti ucuzlaşır.
Publika.az APA-ya istinadən xəbər verir ki, "Brent"
markalı neftin qiyməti 0,60% azalıb və bir barel neftin qiyməti
51,45 dollara, WTI markalı neftin qiyməti isə 0,75% azalaraq 48,94
dollara düşüb.
"Baker Hughes" şirkətinin məlumatına əsasən martın 17-nə ABŞ-da
neft buruqlarının sayı 21 ədəd, yaxud 2,27% artaraq 631 ədədə
çatıb. Qaz buruqları isə 6 ədəd, yaxud 3,97% artaraq 157 ədədə
çatıb.
ABŞ-da "qaya nefti"nin istehsalının belə sürətli artması
gözlənilməz sayılır.