14 ton tomatı Rusiyaya apara bilmədilər

14 ton tomatı Rusiyaya apara bilmədilər
15:59 20 Mart 2017
102 Digər
Ölkə mətbuatı
A- A+

Dağıstanın Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsində Azərbaycandan  Rusiyaya  aparılan 13 ton 941 kq təzə tomat saxlanılıb.

 

APA-nın “kavtoday.ru” saytına istinadən verdiyi məlumata görə, Rusiyanın fitosanitar müfəttişləri Azərbaycandan gətirilən tomatın sertifikatında şübhə doğuran düzəliş aşkar ediblər və buna görə də malın saxlanılması barədə qərar verilib.

 

Tomat yükünün sahibi karantin altında məhsulun gətirilməsi və daşınması qaydalarının pozuntusuna görə inzibati məsuliyyətə cəlb edilib. 13 ton 941 kq tomatın Rusiya ərazisinə keçirilməsinə qadağa qoyulub. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270286

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR