Cavid və Nailənin “Ukraynanın səsi”ndə möhtəşəm dueti – VİDEO

Cavid və Nailənin “Ukraynanın səsi”ndə möhtəşəm dueti – VİDEO
16:33 20 Mart 2017
246 Şou
Ölkə mətbuatı
A- A+

Gənc azərbaycanlı musiqiçi Cavid Məmmədov Ukraynada keçirilən “Ukraynanın səsi” müsabiqəsinin III turuna vəsiqə qazanıb.

Publika.az Report-a istinadən xəbər verir ki, bu dəfə C.Məmmədov layihənin digər iştirakçısı Nailə İbrahimova ilə duetdə "Lean on major lazer" məşhur kompozisiyasını oxuyub.

“Hər şey əla idi, baxmayaraq ki, bu mahnı mənim səsimə uyğun deyildi. Gözəl müğənni Nailə ilə hər şeyi əla səviyyədə etdik. Şadam ki, hər ikimiz növbəti tura keçə bildik”, - deyə C.Məmmədov bildirib.

Qeyd edək ki, gənc mügənni “Ukraynanın səsi” müsabiqəsində iştirakını bundan sonra məşhur Ukrayna musiqiçisi Sergey Babkinin komandasında davam etdirəcək. Çünki “Eurovision”nın qalibi olan Camala Nailə İbrahimovanı şeçib.

Müsabiqə Ukraynanın “1+1” telekanalında yayımlanır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/192030.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR