"Tottenham" 95 il öncəki göstəricisinə yaxındır

"Tottenham" 95 il öncəki göstəricisinə yaxındır
16:42 20 Mart 2017
115 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Premyer Liqasının 29-cu turunda "Southampton"u qəbul edən "Tottenham" 2:1 hesabıyla qalib gəlib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, London klubu bununla öz meydanında keçirdiyi ardıcıl 10-cu çempionat oyunundan zəfərlə ayrılıb.

"Tottenham" bununla 1921/22 mövsümündəki göstəricisinə yaxınlaşıb. 95 il öncə "mahmızlar" ardıcıl 11 ev oyununda qalib gəlmişdi. "Tottenham" sonuncu dəfə doğma divarlar arasında 2016-cı il oktyabrın 29-da, "Leicester City" ilə oyunda xal itirmişdi - 1:1. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/527848.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR