Peyvənd artıq iynəsiz və ağrısız olacaq - YENİLİK

Peyvənd artıq iynəsiz və ağrısız olacaq - YENİLİK
16:52 20 Mart 2017
133 Ölkə
Ölkə mətbuatı
A- A+

Kaliforniya Universitetinin alimləri (ABŞ, Berkli) peyvəndi orqanizmə iynəsiz və ağrısız yeritməyə imkan verən qurğu hazırlayıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Naked Science" portalı xəbər verib. Məlumata görə, peyvənd və digər ağrılı prosedurlar yaxın vaxtlarda keçmişdə qala bilər. Onları Kaliforniya Universitetində hazırlanmış yeni metod əvəzləyəcək. Lazımlı preparatlar orqanizmə həb böyüklükdə "MucoJet" qurğusunun köməyi ilə yeridiləcək. Miniatür kapsul yanağın daxili hissəsinin selikli qatını deşərək, preparatı orqanizmə daxil edir. Qurğu müəlliflərinin sözlərinə görə, bu, tamamilə ağrısız prosesdir.

"MucoJet" ucunda diametri 7 millimetr olan kürə yerləşən 15 millimetrlik silindrdir. Pasiyent birincisi su, ikincisi limon turşusu və qida sodasından ibarət quru kimyəvi reaktiv yanacaqla dolu olan bölmələri ayıran nazik membranı deşmək üçün kürəni ehmalca sıxmalıdır. Onların içərisindəki maddələr qarışanda xırda porşeni hərəkətə gətirmək üçün yetərli təzyiq yaranır və vaksini yüksək sürətlə kiçik deşikdən çıxarır.

Yeni qurğu artıq donuz və ev dovşanları üzərində sınaqdan keçirilib. Sınağın nəticələri yeni üsulun inyeksiyalı peyvənddən üstün olduğunu göstərib.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/527850.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR