Bakı sakinləri hansı Novruz adətinə üstünlük verirlər? - SORĞU

Bakı sakinləri hansı Novruz adətinə üstünlük verirlər? - SORĞU
17:17 20 Mart 2017
201 Ölkə
Ölkə mətbuatı
A- A+

Novruza maraq qatan həm də onun özünəməxsus adət və ənənələridir.

Milli.Az xəbər verir ki, "ACT Azərbaycan" 22 - 27 fevral tarixlərində Novruz adət və ənənələri ilə bağlı sorğu keçirib.

Aparılan sorğuya əsasən, bayram günlərində ən çox əməl olunan adət əlbəttə ki, tonqaldan tullanmaqdır (58 %).

Respondentlərin dörddə biri isə (23 %) bayram günlərində papaq atmaq niyyətindədir. Qulaq falına çıxmaq istəyənlər də az deyil (16 %). Sorğu nəticələrinə görə bayramda yumurta rəngləyənlər 4 %, yumurta döyüşdürənlər isə 2 % təşkil edir. Novruz adətlərinin çoxçeşidli olmalarına baxmayaraq 11 % respondent heç bir bayram adətinə maraq göstərmir.

Bayram günlərinin doqquz gün davam edəcəyini nəzərə alıb sakinlərin bu günlərdə əyləncə və gəzintilərinə nə qədər vəsait ayırdıqları ilə maraqlandıq. Məlum oldu ki, əksəriyyət (34 %) istirahətə 100 AZN-dən də az pul xərcləyəcək. 17 % isə bunun üçün 101-300 AZN-dən keçməli olacaq. Nisbətən bahalı istirahəti tərcih edənlər (301-500 AZN) 11 %, luks istirahəti seçənlər isə (901-1100 AZN) 8%-dir.

Sorğu 22 - 27 fevral tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/527856.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR