Müğənni Şəbnəm Əsədova (Tovuzlu) ana olub.
Musavat.com xəbər verir ki, müğənninin oğlu dünyaya gəlib. O bu
haqda sosial şəbəkədə məlumat verib:
“Artıq ana olmuşam. Allah arzusunda olanlara qismət etsin. Ana
olmaq gözəl hisdir. Bütün qızlarımıza ana olmağı arzulayıram. Allah
hamıya xoşbəxt ailə qismət etsin”
Qeyd edək ki, ilk nikahından bir qızı olan Şəbnəmin uşağının atası
iş adamı Hacı Rafiqdir.