Novruz bayramı Bolnisidə coşquyla qeyd olundu

Novruz bayramı Bolnisidə coşquyla qeyd olundu
21:38 20 Mart 2017
148 Digər
Ölkə mətbuatı
A- A+

Novruz bayramı Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə böyük sevinc və coşqu ilə qeyd olunub.

Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kənd bir saylı məktəbində Novruz bayramı ilə əlaqədar bayram şənliyi keçirilib.

Buraya toplaşanlar at yarışlarına, kosa və keçəlin məzəli tamaşalarına, rəqslərə baxıblar. Aşıqlar və incəsənət ustaları xalq mahnılarını ifa ediblər.

Rayonun ayrı-ayrı kəndlərindən gəlmiş azərbaycanlılar Novruz süfrələri açıblar.

Kəpənəkçi kənd icra nümayəndəsi Tengiz Göyüşov tədbiri açdıqdan sonra Azərbaycanın Gürcüstandakı səfirinin birinci katibi Elçin Məmmədov, Bolnisi Rayon İcra Hakimiyyətinin başçısı David Şerezadişvili, Gürcüstan parlamentinin deputatı Qoqi Meşveliani və başqaları çıxış edərək insanları təbrik edib, Azərbaycan və gürcü xalqları arasındakı qədim dostluq və qardaşlıq əlaqələrindən danışıb, milli bayramlarımızın birlikdə qeyd olunmasını qürur hissi ilə vurğulayıblar.

Tədbirdə Bolnisi rayonunun rəhbər vəzifəli şəxsləri, qonşu kəndlərin sakinləri iştirak ediblər.

Rayon rəsmiləri və qonaqlar Novruz bayramı münasibətilə açılmış süfrədə Azərbaycan mətbəxinin nümunələrindən dadıblar. (Azərtac)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/192047.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR