Neymar: "Premyer Liqada oynamaq istərdim"

Neymar: "Premyer Liqada oynamaq istərdim"
23:57 20 Mart 2017
217 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın hücumçusu Neymar ingilis futbolu haqqında müsbət fikirlər səsləndirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, braziliyalı ulduz bir zaman Premyer Liqada oynamaq istədiyini bildirib.

"İngilis klublarının oyun tərzini bəyənirəm. Nə vaxtsa Premyer Liqada oynamaq istərdim. "Manchester United", "Chelsea", "Arsenal" və "Liverpool"dan xoşum gəlir. Bu klublar həmişə çempionluq mübarizəsi aparırlar. Hər bir futbolçu Mourinyo və Qvardiola kimi məşqçilərin rəhbərliyi altında oynamaq istər. Heç kim İngiltərədə çempionun hansı komanda olacağını əvvəldən deyə bilmir. "Leicester City" buna gözəl nümunədir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/527916.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR