Hansı dərmanla hansı qidaları eyni anda istifadə etmək olmaz?

Hansı dərmanla hansı qidaları eyni anda istifadə etmək olmaz?
08:03 21 Mart 2017
Ölkə mətbuatı
A- A+

Hamımız yaxşı bilirik ki, həkim resept yazanda dərmanları yeməkdən əvvəl, yoxsa sonra qəbul etməklə bağlı xüsusi qeydlər edir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bəzi qidalar dərmanının təsirini azalda, hətta əks təsir göstərə bilər. Bəs hansı məhsullarla hansı dərmanları qarışdırmaq olmaz?

Təzyiq dərmanı ilə banan

Hangi ilaçla ne yenmez?

Təzyiq dərmanları bədənimizdəki kalium miqdarını artırır. Lakin kalium həddən artıq olduqda ürəkdə müəyyən problemlər yarana bilər. Banan başda olmaqla, göyərti və portağal da kaliumla zəngin məhsullardır.

Xolesterin dərmanı ilə qreypfrut

Hangi ilaçla ne yenmez?

Qreypfrut və qreypfrut şirəsi qan dövranında xolesterin dərmanının səviyyəsini artırır. Bu da dərmanın əks təsir göstərməsinə və ayaq ağrısına gətirib çıxarır.

Qan durulaşdırıcı ilə zoğal çayı

Похожее изображение

Qan durulaşdırıcı dərman istifadə edərkən zoğal çayı içən xəstələrin qanında qeyri-adi dərəcədə durulaşma müşahidə olunur ki, bu da təhlükəli ağırlaşmalara yol aça bilər.

Qan durulaşdırıcı ilə ispanaq

Hangi ilaçla ne yenmez?

İspanaq və digər göy-göyərtidə olan K vitamini qan durulaşdırıcı dərmanların təsirini azaldıraq laxtalanma riskini artıra bilər. Kələm ilə gül kələmi də istifadəsi məsləhət görülməyən tərəvəzlərdir.

Antibiotiklər ilə süd və süd məhsulları

Hangi ilaçla ne yenmez?

Süd və süd məhsullarında olan kalsium antibiotiklərin təsirini azaldır. Dolayısı ilə bu da antibiotiklərin təsirini yox edə bilər. Odur ki, süd və süd məhsulları yedikdən dərhal sonra antibiotik qəbul etməyin. Ən azı bir-iki saat keçməlidir.

Bakterial infeksiya dərman vasitələri ilə işlənmiş ət

Hangi ilaçla ne yenmez?

Tərkibində amin turşuları ehtiva edən hisə verilmiş ət və ya kolbasa kimi işlənmiş məhsulları yedikdən sonra bakterial infeksiya dərmanları qəbul etmək olmaz. Əks halda təzyiqin qəfil yüksəlməsinə yol aça bilər. Banan, avokado, şokolad və spirtin tərkibinə də amin turşuları daxildir.

Tiroid dərmanları ilə qoz

Hangi ilaçla ne yenmez?

Qoz və digər lif baxımından zəngin qidalar tiroid dərman vasitələrinin orqanizm tərəfindən sorulmasına mane olur. Tiroid dərman vasitələrində olan kimyəvi maddələrin yaxşı sorulması üçün onu yatmazdan əvvəl qəbul etmək təklif edilir.

Ürək çatışmazlığı dərmanı ilə biyan kökü

Hangi ilaçla ne yenmez?

Qara biyan kökündə olan qliserin ilə diqoksinin birləşməsi ürək döyüntüsünün pozulmasına səbəb olur. Biyan kökü eyni zamanda təzyiq dərmanı, ağrı kəsici, doğum həbi və qan durulaşdırıcıların təsirini azaldır.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/184087.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR