Londonda Novruz bayramı qeyd edilib

Londonda Novruz bayramı qeyd edilib
09:32 21 Mart 2017
126 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Böyük Britaniyadakı səfirliyində Novruz şənliyi keçirilib. Tədbirdə Britaniyada yaşayan azərbaycanlılar, bu ölkənin ictimaiyyət nümayəndələri, tanınmış siyasi xadimlər, diplomatlar, iş adamları iştirak ediblər.

Milli.Az bildirir ki, bayram tədbirində Novruzun xalqımızın ən əziz bayramlarından biri olduğu qeyd edilib. Ölkəmizin müstəqilliyinin bərpa olunması ilə bu bayramın daha da rəngarəng, şən və yüksək əhval-ruhiyyədə keçirildiyi vurğulanıb.

Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin bu ölkədə yaşayan həmvətənlərimizə ünvanlanan təbriki diqqətə çatdırılıb.

Sonra tədbir şənlik proqramı ilə davam etdirilib, qonaqlara milli yeməklər və Novruz şirniyyatları təqdim olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/527992.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR