"Ölüm qrupu"ndan məktəbliyə əmr: "Anana hücum et!"

"Ölüm qrupu"ndan məktəbliyə əmr:  "Anana hücum et!"
09:52 21 Mart 2017
119 Maraqlı
Ölkə mətbuatı
A- A+

Moskva polisi "Vkontakte" sosial şəbəkəsində 13 yaşlı məktəbliyə öz anasına hücum etməyi tapşıran "ölüm qrupu"nun administratorları barədə məlumatı yoxlayır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə martın 20-də "Moskva" şəhər xəbərləri agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, polisə müraciət edən qadın bildirib ki, oğlunun "göy balina" qurupundakı yazışmasını oxuyub. Orada bir neçə tapşırıq sadalanıb ki, onlardan biri də "öz anasını bıçaqlamaq" olub.

"Bundan əlavə cari ilin fevral ayının əvvəlində qadın oğlunun qollarında kəsiklər görüb. Vətəndaş həmçinin qeyd edib ki, mənzilə daima naməlum şəxslər zəng edirlər və susurlar", - nəşrin sözçüsü deyib.

Agentliyin məlumatına görə, oğlanın anası McDonald's restoranlar şəbəkəsinin işçisidir və Bolşaya Ordınka küçəsində yaşayır. Qadının oğlu kadet məktəbində yeddinci sinifdə oxuyur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/528000.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR