Başgicəlləndirən kök gözəllər - EHTİRASLI FOTOLAR

Başgicəlləndirən kök gözəllər - EHTİRASLI FOTOLAR
10:38 21 Mart 2017
Ölkə mətbuatı
A- A+

Gözəllik idealları moda sənayesində və şou-biznes aləmindən baş verən əlamətlərdən asılı olaraq dəyişir. Məsələn, bir neçə il əvvəl həddindən artıq arıq xanımlar gözəllik etalonu sayılırdısa, indi cəzbedici bədən formaları olan gözəllər populyarlıq zirvəsindədir.

Publika.az bu yazıda oxucuları dünyanın ən cəlbedici bədən quruluşuna malik olan Hollivud gözəlləri ilə tanış edib.

Keyt Apton

Фильмы. Фотосессия для

Yaş: 23

23 yaşlı Keyt bəlkə də "Sports Illustrated Swimsuit Issue" jurnalının üz qabığında çəkilmiş yeganə böyük bədən ölçüləri olan modeldir. Sarışın 2014-ci ildə dünyanın ən seksual qadını seçilərək top-model Kara Delevini kölgədə qoyub. O, hətta “Victoria's Secret” kimi məşhur alt paltarı brendinin siması və mələklərindən biri oldu. Bununla da Keyt Apton artıq çəkili qadınları böyük kompleksdən xilas etdi.

Skarlet Yohanson

Фильмы. Фотосессия для

Yaş: 31

Vudi Allenin ilham pərisini cəsarətlə müasir dövrün Merilin Menrosu adlandırmaq olar: sarı saçlar, gözqamaşdırıcı təbəssüm və aktrisanın möhtəşəm sinəsi çoxdan onun "vizit kartı" olub. "Esquire Magazine" jurnalının sorğusuna əsasən aktrisa 2006 və 2013-ci illərdə - iki dəfə ilin ən seksual qadını seçilib. Təvazökar aktrisa sorğunun nəticələrini cəfəngiyat adlandırmışdı: “Bunu başa düşmürəm. Mən dadlı yeməkləri sevirəm, idman zallarını isə yalnız xaricdən görmüşəm. Öz bədənimlə bağlı heç bir kompleksim yoxdur”.

Ket Denninqs

Фильмы. Источник: pinterest.com

Yaş: 29

Bu iri sinəli, gözəl və valehedici bədəni olan xanım 1940-cı illərin retro-qlamur aktrisalarını xatırladır. Ketin sinəsinin slikon olması ilə bağlı şayiələr gəzsə də, aktrisa bu xəbərlərə şərh verməkdən imtina edir. O, siqaret çəkmir, içmir, zərərli qidalardan uzaq gəzir. Sözsüz ki, bütün bunlar ona ideal formada qalmağa kömək edir.

Sofiya Verqara

Фильмы. Фотосессия для

Yaş: 43

Kolumbiyalı aktrisa 43 yaşında o qədər heyranedici görünür ki, bir çox gənc qızlar ona qibtə edir. Aktrisa 30-dan çox filmdə çəkilib, yüzdən çox jurnalların üz qabığını bəzəyib. O içmir və siqaret çəkmir, həm də özünü yaxşı hiss etdiyini iddia edir.

Cennifer Lopez

Фильмы. Фотосессия для рекламы духов

Yaş: 47

Ceylonun ombalarını 1 milyon dollara sığorta etdirdiyi və onun dünyanın ən seksual qadını olması heç kimə sirr deyil. Ceylo hətta obmalarına aid “Booty” adlı mahnı belə bəstələyib. Müğənni və aktrisa bədən quruluşunu qorumaq üçün saatlarla məşq və rəqs edir. Həmçinin dünya ulduzu ağır pəhrizlər saxlayır.

47 yaşlı gözəlçə cazibədarlıq sirrini belə izah edir: "Bilirəm ki, boyum balacadır və arıq qız deyiləm. Amma əminəm ki, sən heç kimlə yarışa girməsən, sadəcə, özün kimi olmağı bacarsan, həmişə əla görünəcəksən”.

Keyt Uinslet

Фильмы. Фотосессия для

Yaş: 40

Səmimi etiraf etmək lazımdır ki, Keyt Uinsleti Hollivudun ən gözəl aktrisası adlandırmaq olmaz. Lakin bu, ona karyerasında böyük uğurlar qazanmasına mane olmayıb. Keyt 7 dəfə "Oskar" mükafatına namizəd olub, "Qiraətçi" filmində oynadığı rola görə, 2009-ci ildə çoxdan gözlənilən heykəlciyini alıb. Uinslet də dolu bədəni ilə fəxr edir, üstəlik o qadınlara göstərmək istəyir ki, ideal parametrləri olmadan da gözəl və seksual olmaq olar.

Kristina Hendriks

Фильмы. Фотосессия для

Yaş: 40

Britaniyalı aktrisa həm iri sinəsi, həm kürən və gur saçları, həm də aktyorluq istedadı ilə dünyanı fəth edib. Kristina neçə il əvvəl "Amerikanın ən seksual qadını" seçilib. "Kürən şeytan" qeyri-standart formalarına görə, kompleks keçirmir. Hendriks formalarını düzgün geyimlə vurğulayır və nəticədə çox seksual görünür.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/qadin/144778.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR