ABT Audi R8-i daha yüngül və güclü edib - FOTO

ABT Audi R8-i daha yüngül və güclü edib - FOTO
11:52 21 Mart 2017
113 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABT tüninq-atelyesi Audi R8 V10 plus üçün növbəti təkmilləşdirmə paketi hazırlayıb. Bunun sayəsində model daha güclü və yüngül alınıb. Yenilik ilk dəfə Cenevrə avtosalonunda təqdim edilib.

Milli.Az auto.az-a istinadən bildirir ki, superkarı poladdan hazırlanmış yeni qaz buraxma sistemi ilə təchiz ediblər. Bunun sayəsində modelin gücü 610-dan 630 a.g.-dək artıb. ABT-də Audi R8 V10 plus üçün, həmçinin aerodinamik asma, yeni təkərlər, tənzimlənən amortizatorlar hazırlayıblar. Modelin çəkisi 50 kq azalaraq 1580 kq olub.

Audi R8 üçün təkmilləşdirmə paketinin qiyməti və təkmilləşdirilmiş versiyanın dinamikası barədə məlumat hələlik verilmir. Baza variantında olan 610-güclü ikiqapılı yerindən 100 km/saata 3,2 saniyəyə sürətlənir. Modelin maksimal sürəti 330 km/saatdır.

Bununla yanaşı, alman tüninq-atelyesinin Cenevrədəki stendində şirkətin digər yeni layihələri təqdim ediib. Bu layihələr Audi TT RS, Audi SQ7 və Audi RS6 Avant performance-ın bazasında yığılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində






Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/525048.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR