Millimiz iki futbolçu itkisi ilə üzləşib

Millimiz iki futbolçu itkisi ilə üzləşib
12:47 21 Mart 2017
148 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan milli komandası Almaniya yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçı ərəfəsində iki futbolçu itkisi ilə üzləşib.

Milli.Az "Report"a istinadən bildirir ki, "Neftçi"dən dəvət edilmiş Ruslan Abışov və Namiq Ələsgərov zədəli olduqları üçün millinin düşərgəsindən ayrılıblar.

Onlar hazırda təlim-məşq toplanışında olan komandanı tərk ediblər. Bununla da millidə "Neftçi"nin heç bir oyunçusu qalmayıb.

Qeyd edək ki, martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya matçı saat 20:00-da başlanacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/528033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR