Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ad gününü təyyarədə qeyd edib.
Milli.Az modern.az-a istinadən bildirir ki, bu haqda Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova özünün Facebook səhifəsində bildirib. O, Sergey Lavrovun Yaponiyadan Moskavaya qayıdarkən təyyarənin göyərtəsində çəkilmiş foroşəklini paylaşıb.
"Lavrov ad gününü əla kampaniya ilə yerdən çox yüksəklikdə qeyd edir", - Zaxarova bildirib.
Şəkildə rusiyalı nazir jurnalistlərin əhatəsində dayanıb.
Martın 21-də Lavrovun 67 yaşı tamam olub. O, martın 20-21 mart Tokioda olub, burada Yaponiya və Rusiya XİN və müdafiə nazirlikləri başçılarının görüşündə iştirak edib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində