Rolls-Royce-dan uşaqlar üçün elektrokar - FOTO

Rolls-Royce-dan uşaqlar üçün elektrokar - FOTO
13:52 21 Mart 2017
Ölkə mətbuatı
A- A+

Rolls-Royce şirkəti uşaqlar üçün elektrokar hazırlayıb. Bu, məxsusi olaraq Böyük Britaniyanın Çiçester şəhərindəki müqəddəs Riçard xəstəxanasının pediatriya bölməsi üçün istehsal edilib.

Milli.Az auto.az-a istinadən bildirir ki, uşaqlar bu kiçik avtomobildə xüsusi dəhlizlərdən keçməklə əməliyyat otağına gedə biləcəklər. Bu dəhlizlərdə işıqforlar da quraşdırılıacaq. Müəssisədə hesab edirlər ki, bu, uşaqların əməliyyatdan əvvəl stressə düşməsinin qarşısını alacaq.

Rolls-Royce SRH adlanan avtomobilin hazırlanmasına və istehsalına 400 saat vaxt tələb olunub. O, tamamilə əl ilə yığılıb, əsl avtomobil boyası ilə rənglənib və hətta kapotunda 3D printerdə çap edilmiş kiçik heykəl də var.

Avtomobil 24 voltluq gel akkumulyatorla və elektrik mühərriki ilə təchiz edilib, sürəti 16 km/saatdır. Lakin valideynlər sürəti minimum 6 km/saatadək azalda bilərlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində






Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/522910.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR