Təhsilli rusiyalılar vətəndən gedir

Təhsilli rusiyalılar vətəndən gedir
13:57 21 Mart 2017
101 Dünya
Ölkə mətbuatı
A- A+

2000-2014-cü illər ərzində 1.8 milyon təhsilli rusiyalı repressiyalar və imkanların yoxluğu ucbatından vətənini tərk edib. Bu barədə "Newsweek" dərgisində Rachel Ansley yazır.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, Qərbdə siyasi azadlıqlar və iqtisadi imkanlar axtaran rusiyalıların ölkədən axını davam edir və bu, Rusiya Federasiyasında təhlükəsizliyə ən böyük hədəyə çevrilib. Atlantika Şurası beyin mərkəzinin Avropa və Avrasiya üzrə tədqiqat direktoru Alina Polyakova belə düşünür. Onun fikrincə, "bu, dünyada yenidən öz yerini qazanmağa çalışan Rusiyaya 1 nömrəli təhlükədir".

İNSAN KAPİTALININ KEYFİYYƏTİ DÜŞÜR

Təhlilçi prezident Vladimir Putin-in dövründə 1.8 milyon rusiyalının ölkədən getdiyini və bu cərəyanın daha da gücləndiyini vurğulayır. Əsas səbəblər də vətəndaş cəmiyyətinə qarşı kəskin repressiyalar, iqtisadi imkanların azlığı, müstəqil medianın yoxluğudur. "Ölkəni iqtisadi baxımdan güclü edə biləcək fərdlər Rusiyanı atıb gedirlər", - Polyakova deyir.

"Nə qədər ki neft və təbii qaz baha idi, Avropa da enerji baxımından Rusiyadan asılıydı, Rusiyada hakimiyyətin əsas mənbəyi xalq deyildi", - bunu rusiyalı ətraf mühit fəalı Evgenia Chirikova deyir. Onun sözlərinə görə, indi neft, kömür, qaz ucuzlaşır və hakimiyyətin pul problemi var, yenidən varlanmağın yollarını tapmalıdırlar.

Ratqer Universitetinin konsultantı Sergei Erofeev hesab edir ki, "Rusiyada insan kapitalının keyfiyyəti düşməkdədir".

Moskvada Putin əleyhinə aksiya. 2014.

Chirikova əksər fəalların və fərdlərin Rusiyanı tərk etməsinin siyasi motivlərindən danışır, deyir ki, aqressiv repressiya mühacirəti bu şəxslərin təhlükəsizliyindən ötrü vacib amilə çevirdi. Özəlliklə, Putin-in 2012-ci ildə təkrar seçilməsi fəalların etirazını və buna siyasi təpkini gücləndirdi.

SON İŞIQLI DALĞA

2012-ci ilin təzyiqləri təkcə siyasi repressiyayla deyil, iqtisadi əngəllərlə də müşayiət olunub. "Putin dövründə yaradıcı sinif daxilən üsyan etdi və artıq aydın idi ki, artan korrupsiya mühitində davam edə bilməyəcəklər", -- Sergei Erofeev-in sözləridir. Sonucda xeyli rusiyalı biznesmen ölkəni tərk edərək biznes planlarını Birləşmiş Ştatlar və digər Qərb ölkələrində gerçəkləşdirdilər.

Erofeev deyir ki, 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində Rusiyadan gedənlər "ali təhsillilərin son dalğası" idi. Rusiya təhsil sistemindəki deqradasiyanı nəzərə alsaq, "Rusiyadan gələcəkdə oxşar mühacirət dalğası gözlənilmir", - o vurğulayır.

Amma bu emiqrasiyanın Qərbdəki rus diasporuna faydası var. Belə ki, getmək ehtiyacı duyanlar Rusiyanı dəstəkləmək, mübarizəni davam etdirmək istəyirlər. "Onlar doğrudan da Rusiyada rejim dəyişikliyi istəyirlər", - deyən Chirikova xaricdə fəaliyyətini davam etdirən vətəndaş cəmiyyəti fəallarından söz açır. Onlar Rusiyada əlyetərli olmayan azadlıqlardan Qərbdə faydalanırlar. Chirikova Qərb dövlətlərini rusiyalı fəalların işinə yardım göstərməyə, Rusiyaya isə siyasi təzyiq göstərməyə çağırır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/528045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR