Yemişanın möcüzəvi faydaları

Yemişan çox faydalı, müalicəvi bitkidir. Yemişan həm xalq, həm də ənənəvi tibbdə müalicəvi vasitə kimi çox geniş istifadə olunur.

Metbuat.az yemişanın 3 əsas müalicəvi faydasını təqdim edir.

1. Yemişan A vitamini ilə olduqca zəngindir. 100 qr yemişanın tərkibində 260 mqr A vitamini var.
A vitamini insanın normal görmə qabiliyyəti üçün ən vacib olan maddədir. A vitamininin orqanizmdə çatışmazlığı görmənin zəiflənməsinə, toyuq korluğuna səbəb olur.
2. Yemişan qanda xolesterinin səviyyəsini aşağı salır. Nəzərinizə çatdıraq ki, xolesterin damarlarda yığılaraq onları daraldır, damarların elastikliyini pozur ki, bu da infarkt və insult kimi ağır pozulmaların riskini artırır.
3. Yemişan damarları genişləndirir, arterial təzyiqi aşağı salır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR