Avtomobildən imtina edən qocaların dəfn xərcləri azaldılacaq

Yaponiyada yaşlı sürücülərin avtomobillərini müvafiq orqanlara təslim etmələri üçün onların həyatlarını itirdikdən sonra dəfn xərclərinin 15 faiz azaldılacağı vəd olunub.

Metbuat.az bildirir ki, Yaponiyada avtomobillə törədilən qəzaların böyük bir hissəsi yaşı 70-i adlayan şəxslərin payına düşür. 89 cənazə evini idarə edən "Heiankaku" şirkəti istifadəsində olan avtomobildən imtinaya görə, hər yaşı çox olan sürücüyə dəfn xərclərinə 15 faiz güzəşt edəcəyini açıqlayıb. Kampaniyadan faydalanmaq istəyənlər avtomobillərini ərazidəki polis bölmələrinə təhvil verməlidirlər.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR