Siqareti tərgitdinizsə, mütləq bunlara diqqət edin

Siqareti tərgitdinizsə, mütləq bunlara diqqət edin
15:42 21 Mart 2017
1346 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azaldaraq tərgidəcəyəm", "əvvəlki kimi çox çəkmirəm", "məni sakitləşdirir" kimi ifadələrlə özünüzü aldadıb siqaret çəkməyə davam edirsinizsə, onda siqaretin bədəninizə vurduğu ziyanı azaltmaq üçün qidalanma proqramınızı nəzərdən keçirərək, yenidən tənzimləməyinizdə fayda var.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, siqaret çəkmək hüceyrələrin zərər görməsinə və hüceyrə ölümünə səbəb olan sərbəst radikalların yaranmasına səbəb olur. Bu sərbəst radikallar bədəndə toxuma zədələnməsi, hüceyrə yaşlanması, hüceyrə ölümünə qədər gedən prosesi başladır və inkişaf etdirir. Yaranan bu sərbəst radikalları dayandırmağın yolu qidalarla qəbul edilən antioksidantlardan keçir. Antioksidantlar oksigen molekullarını da hərəkətə gətirirlər. Orqanizmə daha çox antioksidant alan insanların ürək xəstəliklərinə, xərçəngə yoluxma riskləri daha azdır.
 
İdman edən qadınların siqareti tərgitməsi uğuru 2 dəfə çoxdur! Siqaret istifadə edərkən və ya siqareti tərgitdikdən sonra, qidalanma vərdişinizi tənzimləyərək, siqaretinin zərərlərini minimuma endirə bilərsiniz. Siqareti tərgitməyə qərar vermisinizsə, ilk növbədə qidalanma vərdişiniz dəyişdirməlidir və həyatınıza idmanı daxil etməlisiniz. Unudulmamalıdır ki, siqareti tətil dövründə tərgitmək də çəki artımı baxımından təhlükəli ola bilər. Tətil vaxtı insanın daha çox qida istehlak etdiyi dövrdür. İnsanın stresli bir dövründə siqareti tərgitməsi çətin olur.
 
Siqareti tərgidəndə kökələ bilərsiniz. Çünki siqareti tərgidəndə kökəlməyin yeganə səbəbi maddələr mübadiləsinin yavaşıması deyildir. Siqaret bir çox aludəçi üçün yeməyi dayandırmaq deməkdir. İnsan qarnı doyan kimi bir siqaret çəkir və yeməkdən əlini çəkir. Siqareti tərk edəndə nikotinin orqanizmdən atılma prosesində bəzi qan şəkəri nizamsızlıqları müşahidə edilə bilər. Bu da davamlı yemək ehtiyacını yaradır. Siqareti tərgitməklə yaranan boşluq hissi, adətən xörəklə doldurulmağa çalışılır.
 
Siqaret istifadə edənlər üçün qidalanma tövsiyyəsi
 
Kifayət edəcək miqdarda vitamin və mineral ehtiva edən tərəvəz və meyvə istehlakına üstünlük verin. Siqaret çəkən insanların C vitamininə ehtiyacı adi haldan 2 dəfə çoxdur. Bu səbəblə C vitamini baxımından zəngin olan kivi, qırmızı istiot, itburnu, portağal, limon, cəfəri, xiyar və digər yaşıl yarpaqlı tərəvəzləri müntəzəm olaraq istehlak edin. E vitaminilə zəngin soya məhsulları, zeytun yağı, qoz və fındıq istehlak edin.
 
Karotin maddəsi dərinizi siqaretinin mənfi təsirlərindən qoruyur. Yerkökü, ərik, ispanaq, kələm, kahı kimi qidalar karotin baxımından zəngindir.
 
Antioksidant tərkibi yüksək olan soğan və sarımsağı süfrənizdən əskik etməyin.
 
Gündə 1-2 stəkan süd və ya qatıq və ya kefir istehlak edin.
 
Bol yaşıl salat yeyin. Qırmızı kələm, yerkökü, brokkoli, tərə, ispanaq, dirrik pərpərəni, kahı, nanə kimi tərəvəzləri süfrənizdən əskik etməyin.
 
Omega 3 və omega 6-dan zəngin olan balıq, dirrik pərpərəni, gicitkən, kətan toxumu kimi qidaları istehlak edin. Qızarmış, yağlı, ağır souslu qidalardan uzaq durun.
 
Hər gün 1 stəkan ananas suyu için və ya bir neçə dilim ananas istehlak edin. Ananasta zülal həzminə kömək edən bromelain fermenti var və bu ferment toksinlərin daha asan bədəndən atılmasına kömək edir.
 
Siqaretin bədəndə yaratdığı toksik maddələrdən xilas olmanın ən yaxşı yolu su içməkdir. Gündə 2,5-3 litr su istehlak edin.
Təzə tərəvəz və meyvə istehlakını artırın. Tərəvəz və meyvələrdə olan vitaminlər və minerallar sərbəst radikalların bədənə verdiyi ziyanın bərpasına kömək edir.
 
Qəbizlik problemi keçirməmək üçün tam taxıl, kəpəkli məhsullar, əncir və ərik istehlakınızı artırın.
 
Həftədə 3 gün 30 dəqiqə yeriyin.
 
Dörd qida qrupunun bir arada olduğu menyuları istehlak edin. 3 əsas pay, 3 ara pay istehlak etməyə diqqət edin. Boşqabın böyüklüyünü azaldın. Yəni az-az amma qısa fasilələrlə yeyin.
 
Siqareti tərgitməklə dad və qoxu qəbul etmə hissiniz yaxşılaşacağı üçün yeməyə qarşı daha həssas olacaqsınız. Bu səbəblə loxmaları kiçik hissələrə bölərək, daha çox çeynəyin.
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/527970.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR