ATV-nin məşhur aparıcısı qəflətən dünyasını dəyişdi

Türkiyənin ən məşhur yazarlarından olan Tayfun Talipoğlu vəfat edib. “Anadolu insanının səsi” kimi tanınan yazar 55 yaşında dünyasını dəyişib.

Talipoğlunun bu gecə saat 01.00-də evində birdən-birə vəziyyəti pisləşib və yerə yıxılıb. Evdə olan dostu təcili yardım çağırıb və onu xəstəxanaya aparıblar. Lakin həyatını xilas etmək mümkün olmayıb.

Tayfun Talipoğlunun oğlu Candaş Talipoğlu bildirib ki, atası 3-cü dəfə infarkt keçirib.

Məşhur yazar “Milliyət” qəzetində, ATV və NTV telekanallarında çalışıb. Eyni zamanda “Takvim”, “Yeni Yüzyıl”, “Cumhuriyet” qəzetlərinin köşə yazarı idi.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR