Brabus-dan 850-güclü kabriolet - FOTO

Brabus-dan 850-güclü kabriolet - FOTO
15:52 21 Mart 2017
120 Maraqlı
Ölkə mətbuatı
A- A+

Məşhur atelye avtosalonda möhtəşəm kabriolet Mercedes-AMG S 63 üçün yeni tüninq-proqram təqdim edəcək. Təkmilləşdirilmiş modelin adı Brabus 850 6.0 Biturbo Cabrio-dur.

Milli.Az auto.az-a istinadən bildirir ki, adından da göründüyü kimi, donor qismində 6-litrlik V12 mühərrikə malik flaqman versiyası S65-dən istifadə edilib. Əslində, atelyenin mütəxəssisləri 5,5-litrlik V8-i 5,9-litrə qədər artırıblar.

Bundan əlavə, Brabusda döymə kolenval, porşnlər və şatunlar quraşdırılıb. Baza turbo kompressorları yeniləri ilə əvəz ediblər. Həmçinin böyük ölçülü yeni karbon hava çıxıntıları, qızılı folqaya bükülmüş borular və s. quraşdırılıb. Qazburaxma sistemi də tamamilə yenilənib.

Görülmüş işlərin nəticəsində avtomobil daha da güclənib - 850 a.g.-ə və 1450 Nm-də. Bu rəqəmləri 7-pilləli avtomat sürət qutusu və tam ötürücü sistem sayəsində əldə etmək olub. Təkmilləşdirilmiş mühərrik ilk yüzlüyə 3,5 saniyəyə sürətlənir və maksimal sürət 350 km/saatdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/522915.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR