Messi və İniesta barədə söz verildi

Messi və İniesta barədə söz verildi
15:52 21 Mart 2017
152 İdman
Ölkə mətbuatı
A- A+

"Barcelona"nın idman direktoru Robert Fernandes klubun Messi və İniesta ilə müqaviləni yeniləyəcəyinə söz verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ispaniyalı funksioner "Cadena Ser"ə açıqlamasında bu barədə danışıb.

"Messi yeni müqavilə imzalayacaq. O, "Barcelona"da xoşbəxtdir. Bunu onun gözlərindən hiss edirəm. Messinin gələcəyi rezonans doğuran məsələdir. Hər şeyi qəlizləşdirmək istəmirəm. İniesta da uyğun zamanda müqaviləsinin müddətini uzadacaq. Bu barədə şübhəmiz yoxdur".

Hər iki futbolçunun müqaviləsi 2018-ci ildə başa çatacaq. Son vaxtlar ispan mediasında Messi və İniestanın "Barcelona" ilə yeni müqavilə imzalamaq istəmədiyi barədə xəbərlər yayılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/528089.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR