Sami Yusifdən ermənilərə TƏRS ŞİLLƏ: "Təəssüf ki..." - FOTOLAR

Sami Yusifdən ermənilərə TƏRS ŞİLLƏ: "Təəssüf ki..." - FOTOLAR
15:53 21 Mart 2017
269 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur müğənni Sami Yusif Heydər Əliyev Sarayında keçirəcəyi konsertlə bağlı bu gün mətbuat konfransı keçirib.

Publika.az-ın Musavat.com-a istinadən verdiyi məlumata görə, müğənni konfrans zamanı sonuncu "Eurovision" səs yarışmasında Ermənistan təmsilçisini dəstəkləməyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

S.Yusif bildirib ki, bu xəbər yalandır, sözləri təhrif edilib: "İstanbulda olarkən "Yeni Şafak" qəzetinin müxbiri məndən müsahibə almaq istədi və mən də razılıq verdim. 1 saatlıq müsahibədə ilk sualı saqqalımla bağlı oldu. Mən mədəni davranıb, müsahibəyə davam etdim. Müsahibə bitdi. Bundan sonra söhbət əsnaslnda məndən "Eurovison"dakı Azərbaycan təmsilcisi ilə bağlı sual verdi. Mən də dedim ki, yaxşı mahnıdır. Amma təəssüf ki, Azərbaycanı təmsil edən mahnıda milli arqamentlər yoxdur. Milli musiqi alətləri olsa yaxşı olardı. Sonra isə Ermənistan təmsilcisi ilə bağlı sual verdi. Ona da belə cavab verdim: "Təəssüf ki, onlar buna əməl ediblər. Öz mahnılarında erməni mədəniyyəti hiss olunurdu". Bu söhbətdən sonra verdiyim müsahibə kənarda qaldı, müsahibədən kənar danışdığım təhrif edilərək dərc edildi".




Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/192090.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR