İran telekanalı Azərbaycan peyki ilə yayımlanmağa başladı

İran telekanalı Azərbaycan peyki ilə yayımlanmağa başladı
16:05 21 Mart 2017
194 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycanın telekomunikasiya peyki "Azerspace-1" İranın TIN TV (Tasvir Iran TV) ictimai telekanalının proqramlarının yayımlarına başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "FlySat" informasiya portalı xəbər yayıb.

Məlumata görə, telekanal Ukraynanın "Ukrkosmos" operatorunun paketinə daxil edilib və 11043 MHz tezlikdə mümkündür.

Beləliklə, Azərbaycanın peyki ilə yayımlanan tele və radio kanallarının sayı 100-ü keçib.

Qeyd edək ki, Azərbaycanın birinci geostasionar peyki 2013-cü ilin fevralında 46° Şərq uzunluğunda yerləşən orbital mövqeyinə çıxarılmışdı. 2017-ci ildə ikinci telekommunikasiya peyki "Azerspace-2"nin 45° şərq uzunluğu orbital mövqeyinə çıxarılmağı gözlənilir.

Həmçinin "Azərkosmos" ASC-nin öhdəsində aşağı orbital peyk "Azersky" var. "Azersky" peyki Fransanın "Airbus Defense and Space" şirkətinin "SPOT-6" peyki ilə birgə qrup formatında yer kürəsinin məsafədən tədqiq edilməsi üzrə xidmətlərin göstərilməsi üçün istifadə olunur.

MƏQALƏDƏ: Azərbaycan İran Azerspace-1

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/528094.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR