Ürək, ağciyər və qan qoxuları hiss edir

Ürək, ağciyər və qan qoxuları hiss edir
16:12 21 Mart 2017
171 Ölkə
Ölkə mətbuatı
A- A+

Ürək, ağciyər və qan qoxuları hiss edə bilir. Bu orqanların və bədənin digər hüceyrələrinin eynən insan burnunda yerləşən iybilmə reseptorları kimi reseptorları var.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu tədqiqat qrupunun rəhbəri, elmlər namizədi Piter Şayberle bildirib.

Qida kimyasi və texnologiyaları sahəsində nüfuzlu tədqiqatçı olan P. Şayberle məsələyə belə aydınlıq gətirib: əvvəllər alimlər hesab edirdilər ki, insan burnu iybilmə reseptorları olan yeganə orqandır. Lakin insan bədəninin digər nahiyələrində iybilmə reseptorlarının kəşf edilməsi alimlər üçün əsl sürpriz olub.

Alim deyib: "Bu yaxınlarda komandamız kəşf edib ki, təkcə burundakı hüceyrələrin deyil, qan hüceyrələrinin də iybilmə reseptorları var. Burundakı hüceyrələr odorantlar adlanan substansiyaları hiss etməyə imkan verir, onları sonradan beynimizdə xoş və ya xoşagəlməz kimi interpretasiya etdiyimiz qoxuya çevirir. Təəccüblüdür ki, ürəyin, ağciyərin və ilk baxışda iybilmə qabiliyyətinin olmadığı hesab edilən bir çox digər orqanların bu cür reseptorlara malik olması barədə getdikcə daha çox sübutlar əldə olunur. Görəsən, ürək, məsələn, yediyimiz qızardılmış ətin qoxusunu hiss edirmi? Hələlik bu suala cavab yoxdur".

Alim bildirib ki, ağızda və burunda yerləşən G-zülalla birləşmiş reseptorlar insanın dad və qoxuları hiss etməsinə kömək edir. Həmin reseptorlar qoxuların beyin tərəfindən qavranılmasına kömək edir, yeməyin keyfiyyəti barədə bizə xəbərdarlıq edir. İnsan bədənində ümumən 1000-ə yaxın reseptor var ki, bunların da 800-ü G-zülalla birləşib. Bədənimizdə dad müəyyən edən reseptorların sayı isə 27-yə bərabərdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/527956.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR