Goranboyun kəndlərində problem həll olundu - FOTO

Goranboyun kəndlərində problem həll olundu - FOTO
16:17 21 Mart 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

"Goranboy" Elektrik Şəbəkəsinin əməkdaşları gecə saatlarında güclü külək nəticəsində enerjisiz qalmış bir sıra ərazilərdə təmir-bərpa işlərinə başlayıb.

"Goranboy" Elektrik Şəbəkəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, bu gün günorta saatlarına qədər bir sıra kəndlərə elektirik verilişi bərpa edilib.
Sahə ustası Akif Hüseynov bildirib ki, artıq rayonun Zeynallı, Nərimanlı, Məşədiqaralar, Balakürd, Boluslu, Qızılhacılı, Yeni yol və Safıkürd kəndlərinə elektrik enerjisindəki fasilə aradan qaldırılıb.
Qeyd edək ki, ötən gecə qəfildən başlayan güclü külək səbəbindən rayonda 10-a yaxın kənd isıqsız qalıb. Külək Məşədiqaralar, Eyvazlılar, Boluslu, Qızılhacılı, Qərvənd, Aşağı Ballıqaya kəndlərinə verilən elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində




Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/528098.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR