Qaçaqmalçılar dəniz yolu ilə Azərbaycana keçmək istədilər - FOTO

Qaçaqmalçılar dəniz yolu ilə Azərbaycana keçmək istədilər - FOTO
17:22 21 Mart 2017
108 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyalı sərhədçilər RF-dən Azərbaycana qanunsuz yolla keçirilən tütün məmulatlarını nəzarətə götürüblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki,bu barədə "AiF Dağıstan" nəşrinə Dağıstan Respublikası üzrə Rusiya Federal Təhlüksizlik Xidmətinin Sərhəd İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

"Dərbənd şəhərindən cənub-şərqdə dənizdə göyərtəsində iki Rusiya vətəndaşı olan və Azərbaycana istiqamətlənən gəmi aşkarlanıb. Sərhəd xidmətinin əməkdaşlarının gəminin sənədlərinin yoxlanılması üçün qanuni tələblərinə baxmayaraq, onlar gəmini saxlamayıblar", - mənbə deyib.

Nəşrin sözçüsünün məlumatına əsasən, qaçaqmalçılar suya qara paketlərdə qutular atmağa başlayıblar. Qutularda Rusiya Federasiyasının aksiz markası olmadan 3 min "NZ gold compact" markalı siqaret bloku aşkarlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/528111.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR