Türkiyə ABŞ-a ETİRAZ ETDİ

Türkiyə ABŞ-a ETİRAZ ETDİ
17:24 21 Mart 2017
120 Digər
Ölkə mətbuatı
A- A+

Əhməd Arslan: “ABŞ İstanbuldakı beynəlxalq hava limanındakı vəziyyəti başqa ölkələrdəki hava limanlarla qarışdırmasın”
Türkiyə ABŞ-a etirazını bildirib
 
 
“ABŞ İstanbuldakı beynəlxalq hava limanındakı vəziyyəti başqa ölkələrdəki hava limanlarla qarışdırmasın”.
 
APA-nın məlumatına görə, bunu bu gun jurnalistlərə açıqlamasında Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan bildirib.
 
Elektron qurğuların daşınmasına qoyulacaq müvəqqəti qadağa İstanbul da daxil olmaqla, Misir, İordaniya, Küveyt, Mərakeş, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq aeroportlarından ABŞ-a uçacaq təyyarələri əhatə edəcək. Ə. Arslan isə bildirib ki, Türkiyə beynəlxalq hava limanlarında təhlükəsizliklə bağlı bütün tədbirləri həyata keçirir: “ABŞ-ın bu addımı doğru deyil. Məsələ ilə bağlı ABŞ-ın müvafiq orqanları ilə müzakirələr aparılır. Elektron qurğular təyyarədə sərnişinlərin daha komfort, rahat şəraitdə uçuşunda rol oynayır. İstanbuldakı beynəlxalq hava limanlarından il ərzində 80 milyona qədər insan istifadə edir. Bu qadağanın tətbiqi hava limanlarında sərnişinlərin sayının azalmasına səbəb olacaq”. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270337

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR