Fostla-dan Mercedes S63 AMG Coupe - FOTO

Fostla-dan Mercedes S63 AMG Coupe - FOTO
17:52 21 Mart 2017
Ölkə mətbuatı
A- A+

Almaniyanın Fostla atelyesinin mütəxəssisləri belə qərara gəldilər ki, Mercedes-AMG S63 Coupe-nin məhsuldarlığı kifayət qədər deyil və ikiqapılı üçün öz variantlarını təklif ediblər. PP-Performance-ın çip tüninqinin köməyi ilə tünerlər 5,5-litrlik biturbo səkkizliyin gücünü 585 a.g. və 900 Nm-dən 740 a.g. və 1200 Nm fırlanma anına qədər artırıblar.

Milli.Az auto.az-a istinadən bildirir ki, kupe AMG S63 məhsuldarlığının artımından sonra Lamborghini Aventador S ilə müqayisə edilir. Avtomobil ilk yüzlüyə 3,5 saniyəyə sürətlənir. Maksimal sürətin nə qədər olduğu barədə məlumat yoxdur.

Fostlanın hazırladığı ikiqapılının xarici görünüşü tutqun-mavi rəngli vinil ilə seçmək olar ki, o, tündləşdirilmiş arxa fənərlərlə və qabaqda 265/30, arxada isə 305/25 ölçülü şinləri olan 22-düymlük xüsusi təkər diskləri ilə əla uyğunlaşıb. Tünerlər bu proqramı 26540 dollara təklif edirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində







Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/522913.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR