DİN rəhbərinin qızlarının yeni işi səs-küy yaratdı - FRANSADA

DİN rəhbərinin qızlarının yeni işi səs-küy yaratdı - FRANSADA
17:54 21 Mart 2017
105 Digər
Ölkə mətbuatı
A- A+

Fransada Maliyyə Prokurorluğu daxili işlər naziri Bryuno Le Runun qızlarına parlamentdə köməkçisi kimi işləmələrinə şərait yaratması barədə məlumatı araşdırır.
 
APA-nın məlumatına görə, bu barədə bu gün BFMTV telekanalı məlumat yayıb.
 
Dünən məlum olub ki, B. L. Runun məktəbli və tələbə olan iki qızı  Fransa parlamentinin aşağı palatası olan Milli Şurada onun köməkçiləri kimi işləyib. Daxili işlər naziri qızlarının məktəblilərin yay tətilində işlədiyini və daimi olmayan əsaslarla işlədiyini bildirib. Bununla belə, məlum olub ki, 2009-2016-cı illərdə B. L. Runun qızlarından biri ilə 10, digər ilə 14 müvəqqəti əmək müqaviləsi bağlanıb. Deputat köməkçiləri kimi qızlara ümumilikdə 55 min avro əməkhaqqı verilib.
 
B. L. Ru bu gün planlaşdırılan bütün səfərlərini ləğv edib, yalnız baş nazir Bernar Kaznevlə görüş nəzərdə tutulub.
 
Xatırladaq ki, bundan əvvəl Fransanın sabiq baş naziri Fransua Fiyonun həyat yoldaşı və qızları ilə bağlı anoloji qalmaqal yaşanıb. Martın ortalarında F. Fiyona qarşı ailə üzvlərinə saxta iş adı altında dövlət büdcəsi vəsaitlərini xərcləməsi ilə əlaqədar ittiham irəli sürülüb. F. Fiyon Fransa parlamentinin yuxarı palatasında – Senatda çalışan zaman iki qızı köməkçi kimi 84 min avro əməkhaqqı alıb. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270338

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR