Almaniya ilə oyun öncəsi millimizin qapıçısından pis xəbər

Almaniya ilə oyun öncəsi millimizin qapıçısından pis xəbər
17:57 21 Mart 2017
116 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə qarşılaşacaq yığmamız hazırlıqlarını davam etdirir.

Milli.Az Futbol11-ə istinadən xəbər verir ki, toplanışın ikinci günündə yığmamız daha bir itki ilə üzləşib. Namiq Ələsgərovla Ruslan Abışovun ardından daha bir futbolçu sıradan çıxıb. Söhbət təcrübəli qapıçı Kamran Ağayevdən gedir. Ağayev komandanın bu gün baş tutacaq məşqində iştirak etməyəcək. Onun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək. Həkimlər icazə verməsə, Kamran da digər futbolçular kimi Almaniya ilə oyunu buraxmalı olacaq. Azərbaycan - Almaniya oyunu martın 26-da baş tutacaq.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/528115.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR