"Neftçi"nin iki futbolçusu millidən ayrılıb

"Neftçi"nin iki futbolçusu millidən ayrılıb
18:12 21 Mart 2017
94 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan milli komandası Almaniya yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçı ərəfəsində iki futbolçu itkisi ilə üzləşib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Neftçi"dən dəvət edilmiş Ruslan Abışov və Namik Ələskərov zədəli olduqları üçün millinin düşərgəsindən geri göndəriliblər.  Onlar hazırda təlim-məşq toplanışında olan komandanı tərk ediblər. Bununla da millidə "Neftçi"nin heç bir oyunçusu qalmayıb. Qeyd edək ki, martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya matçı saat 20:00-da başlanacaq.
 
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/528114.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR