Brexit sammitinin vaxtı açıqlandı

Brexit sammitinin vaxtı açıqlandı
18:12 21 Mart 2017
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına (Brexit) həsr edilmiş Avropa İttifaqına üzv 27 ölkənin təcili sammiti aprelin 29-da keçiriləcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Brüsseldə keçirilən mətbuat konfransında Avropa İttifaqı Şurasının sədri Donald Tusk bildirib.
 
Qeyd edək ki, dünən Böyük Britaniya baş naziri Tereza Meyin mətbuat xidməti ölkənin Avropa İttifaqından çıxması prosedurunun martın 29-dan başlayacağını açıqlayıb. D. Tusk isə deyib ki, Brexit üzrə strategiya qəbul edilməsi üçün aprelin 29-da sammitdə keçiriləcək: "Londonla qarşıdakı danışıqlarda məqsəd bu ölkənin Avropa İttifaqından çıxması prosesinin daha az ağrılı olmasına nail olmaqdır. Bizim prioritet bu prosesdən əziyyətdən çəkən Avropa İttifaqı vətəndaşları, şirkətlər və üzv ölkələr üçün vəziyyəti daha çox aydınlaşdırmaqdır".
 
Xatırladaq ki, martın 16-da Böyük Britaniya kraliçası II Yelizaveta Brexit prosedurunun başlamasını bəyənib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/528120.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR