Tottiyə 6 illik müqavilə təklif olunub

Tottiyə 6 illik müqavilə təklif olunub
18:37 21 Mart 2017
129 İdman
Ölkə mətbuatı
A- A+

"Roma"nın canlı əfsanəsi Françesko Totti mövsümün sonunda karyerasını başa vura bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, veteran futbolçuya klubda idman direktoru işləmək üçün 6 illik müqavilə təklif olunub. Bu barədə "Roma"nın prezidenti Ceyms Palotta məlumat verib. O, kapitanla gələcək planları barədə söhbət etmədiyini də vurğulayıb. 40 yaşlı Tottinin klubla müqaviləsi yayda başa çatacaq. Bu mövsüm İtaliya çempionatında 11 oyuna çıxan hücumçu 2 qol vurub.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/528084.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR