Bakıda taksilər ancaq bu ünvanlarda dayanacaq

Bakıda taksilər ancaq bu ünvanlarda dayanacaq
19:03 21 Mart 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bakı şəhəri ərazisində Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən 170 taksi dayanacağı müəyyənləşdirilib. Hazırda müəyyən olunan taksi dayanacaqlarına pasportlar verilir. İndiyə qədər Agentlik tərəfindən 79 belə dayanacaq pasportlaşdırılaraq taksi sürücülərinin ixtiyarına verilib".
Publika.az xəbər verir ki, bunu BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
Onun sözlərinə görə, hazırda şəhərdə aparılan təhlillər nəticəsində müxtəlif ünvanlardan pərakəndə şəkildə duracaq kimi istifadə edən taksilər üçün xüsusi yerlər müəyyənləşdirilir.
"Əvvəl taksilər harada gəldi dururdular. Artıq biz taksilərin dayanmaları üçün xüsusi yerlər müəyyənləşdirmişik. Məsələn, Qara Qarayev prospekti boyunca 10 yerdə belə dayanacaqlar var. Ümumilikdə 170 yerdə taksi dayanacağı müəyyənləşdirilərək nişanlanıb. Bunların bir hissəsi artıq pasportlaşdırılıb, qalanların da pasportlaşdırılması davam edir", - deyə M. Ağayev bildirib. (virtualaz.org)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/192098.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR