Jaguar-da yeni mühərrik var - FOTO

Jaguar-da yeni mühərrik var - FOTO
19:52 21 Mart 2017
123 Maraqlı
Ölkə mətbuatı
A- A+

Jaguar şirkəti 2018-ci model ilinin  başlanğıcı ilə yeni XE, XF və F-Pace modellərinin təkmilləşdirilməsi barədə məlumat verib. Məsələn, onlar 3 yeni mühərrik alıblar, daha biri isə ciddi təkmilləşdirilib.

Milli.Az auto.az-a istinadən bildirir ki, təkmilləşdirmənin əsas qəhrəmanları Ingenium ailəsinə məxsus 2-litrli benzin və dizel mühərrikləri olub. Birinci iki versiyada - 200 və 250 a.g. ilə əlyetərlidir: arxa ötürücülü sedan XE bu mühərriklə 100 km/saata sürətlənməyə müvafiq olaraq 7,1 və 6,3 saniyə vaxt sərf edir. Tam ötürücülü isə 0,1 saniyə daha az.

Bundan əlavə, qammada yeni 2,0-litrlik turbo dizel mühərriki peyda olub ki, o, 240 a.g. və 500 Nm fırlanma anına malikdir. İddia edilir ki, V6 ilə müqayisədə bu mühərrik çox qənaətcildir. Rəsmi məlumatlara əsasən, Jaguar XE bu mühərriklə 100 km məsafəyə 5,2 litr yanacaq sərf edir, tam ötürücülü yolsuzluq avtomobili F-Pace isə 5,8 litr.

Yeri gəlmişkən, krossover artıq iki dizel mühərrikinə - mexaniki sürət qutusu ilə işləyən 163-güclü (380 Nm) və avtomat sürət qutusu ilə çalışan və tam ötürücülü 180-güclü mühərrikə malikdir. Bu modellər üçün təklif olunan daha güclü və böyük həcmli mühərrikə gəldikdə,3,0-litrlik altılığın gücü 340-dan 380 a.g.-ə qədər artırılıb.

2018 model ilinə məxsus Jaguar XE, XF və F-Pace Avropada artıq satışa çıxarılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində






Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/520891.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR