Şəmkirdə iki “VAZ” toqquşdu - yaralanan var

Şəmkirdə iki “VAZ” toqquşdu - yaralanan var
20:19 21 Mart 2017
110 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Şəmkirdə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb.

 

 “VAZ21015” və “VAZ2108” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər, Dəllər qəsəbə sakini, 1984-cü il təvəllüdlü Elməddin Mustafayev müxtəlif bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270342

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR