"Heç vaxt bu zərərli vərdişimi gizlətməmişəm"

"Heç vaxt bu zərərli vərdişimi gizlətməmişəm"
20:37 21 Mart 2017
329 İdman
Ölkə mətbuatı
A- A+

"Roma"nın yarımmüdafiəçisi Raca Naynqqolanın Belçika millisinə dəvət almamasının səbəbi məlum olub. Yerli media məşqçilər korpusunun onun siqaret çəkməsini bəyənmədiyini yazıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, futbolçunun özü də buna münasibət bildirib.

"Mən heç vaxt bu zərərli vərdişimi gizlətməmişəm. Yaxşı nümunə olmadığımı bilirəm, mənim də uşaqlarım var. Amma mən futbolçuyam və sadəcə öz işimi görürəm. Hər kəs bilir ki, siqaret çəkirəm. Avropa çempionatını yaxşı keçirdiyim halda milliyə dəvət almamaq biraz ağır gəlir. Sözümü birbaşa deməyi sevirəm. Roberto Martinezin bu qərarı məni təəccübləndirdi" - Naynqqolan deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/528086.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR