Hacettepe Universiteti UNEC-i seçir

Hacettepe Universiteti UNEC-i seçir
20:57 21 Mart 2017
441 Ölkə
Ölkə mətbuatı
A- A+

Martın 21-də Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov Türkiyənin nüfuzlu universitetlərindən olan Hacettepe Universitetinin rektoru, professor Haluk Ozenlə görüşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüş zamanı hər iki universitetdə təhsilin keyfiyyətinin artırılması yolları, müasir şəraitdə universitet təhsilinə dəyişən və artan tələblər, dünya təhsil sisteminə inteqrasiya imkanları müzakirə edilib.

Rektor Ə.Muradov son illər ərzində UNEC-də həyata keçirilən islahatlar, ən müasir təhsil modellərinin Azərbaycana gətirilməsinin prioritet olduğuna və dünyanın bir sıra nüfuzlu universitetlerilə, o cümlədən London Universiteti / London İqtisadiyyat Məktəbi, Fransanın Monpelye, Litvanın Mikolas Romeyris, Almaniyanın Zigen və digər universitetlərilə uğurlu əməkdaşlığa dair ətraflı məlumat verib. Nüfuzlu beynəlxalq QS reytinqinə əsasən, UNEC-in inkişaf edən Şərqi Avropa və Mərkəzi Asiyada ən yaxşı 4-cü iqtisad universiteti olduğu vurğulanıb.

Hacettepe Universitetinin rektoru, professor Haluk Ozen UNEC-lə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib və yekunda UNEC və Hacettepe Universiteti arasında geniş əməkdaşlığı nəzərdə tutan müqavilə imzalanıb.

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/528137.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR