Şəmkirdə 2 maşın toqquşdu - Xəsarət alan var

Şəmkirdə 2 maşın toqquşdu - Xəsarət alan var
21:03 21 Mart 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Şəmkirdə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb.

“VAZ-21015” və “VAZ-2108” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər, Dəllər qəsəbə sakini, 1984-cü il təvəllüdlü Elməddin Mustafayev müxtəlif bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/192105.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR