Quşlar insanları depressiyadan xilas edəcək

Quşlar insanları depressiyadan xilas edəcək
21:12 21 Mart 2017
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Alimlər bildirirlər ki, quşların çox olduğu yerlərdə yaşayan insanlar depressiya, həyəcan və qorxudan daha az əziyyət çəkirlər. Eləcə də ağaclar bu cür təsirə malikdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Ekseter Universiteti, Britaniya Ornitologiya Cəmiyyəti və Avstraliyanın Kvinslend Universitetindən bir qrup tədqiqatçının apardığı eksperiment nəticəsində müxtəlif yaşda və qazanc səviyyəsində olan 270 adam arasında sorğu keçirilib. Onların, demək olar ki, hamısı quşlara və ağaclara baxarkən ovqatlarının yaxşılaşdığını bildiriblər. Depressiyanın daha aşağı səviyyəsi isə səhər - quşların sayının çox olduğu vaxt qeydə alınıb. Tədqiqat zamanı ərazidə daha çox rast gəlinən qaratoyuq, birəbitdən, göy arıquşu və qarğadan istifadə edilib. Alimlər vurğulayırlar ki, sorğuya cəlb edilən adamlar quşların növünə fikir verməyiblər, onlar üçün qarşılıqlı təsir faktının özü maraqlı olub.

Alimlərin fikrincə, quşlara baxmaq insanlarda psixi pozulmaların profilaktikası ilə yanaşı, onların özlərini rahat hiss etməsinə və təbiətlə bağlılığı duymasına kömək edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/527961.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR